• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 09.04.2019 11:59

Top və minaatan mərmisi, partladıcı tapılıb

KepezTV Player

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə, Qazax rayonu, Cəfərli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi aşkar olunub, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib. Partlamamış hərbi sursatların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Ağstafa rayonun Köhnə Qışlaq kəndi ərazisində 1 ədəd MRV-U partladıcısı və 2 ədəd yanmış-partlamış partladıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.