• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2322
— 09.04.2019 12:10

Yeniyetmə 6-cı mərtəbədən yıxıldı

KepezTV Player

Gəncədə bədbəxt hadisə də yaşanıb. Olay Yeni Gəncə yaşayış massivində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. 14-15 yaşlarında yeniyetmə oğlan 6-cı mərtəbədə yerləşən mənzillərinin bağlanan qapısını blokdan eyvana keçməklə açmaq istəyib. Bu zaman ehtiyatsızlıqdan yıxılıb. Yeniyetmə dərhal xəstəxanaya çatdırılıb.