• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 09.04.2019 12:02

Azərbaycanla bağlı qətnamə qəbul edilib

KepezTV Player

ATƏT Parlament Assambleyasının Kopenhagendə keçirilən illik Büro iclasında Azərbaycanla bağlı mühüm qətnamə layihəsi qəbul olunub. “ATƏT PA-nın Bürosunun illik sessiyasında milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi. Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edirəm” deyə Milli Məclisin deputatı, ATƏT Palament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib. Büronun iclasında Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunur. Bununla yanaşı, Büro ATƏT PA-nın cari ilin 4-8 iyul tarixlərində Lüksemburqda baş tutacaq 28-ci illik və 4-6 oktyabr tarixlərində Mərakeşdə keçiriləcək payız sessiyalarının gündəliyini, müzakirə mövzularını və layihə sənədlərini təsdiq edəcək.