• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2217
— 08.04.2019 18:37

Qalib erkən müəyyənləşdi

KepezTV Player

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir superturniri finişə yaxınlaşır. Bu gün 8-ci turun oyunları keçirilir. İti zəka sahiblərimizdən Teymur Rəcəbov ağ fiqurlarla hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla qarşılaşıb. Görüş sülhlə bitib. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə qara fiqurlarla oynadığı Aniş Qri ilə xalları yarı bölüb. Turun mərkəzi görüşündə rusiyalı Sergey Karyakin norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Qələbəyə sevinən Karlsen sona bir tur qalmış dördüncü dəfə turnirin qalibi adını qazanıb. Digər görüşdə Alekandr Qrişuk – David Navaradan güclü olub. Veselin Topalov isə Dinq Lirenin zəkasını yoxlayır.