• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 08.04.2019 18:42

Ağdaban faciəsindən 27 il ötür

KepezTV Player

Bəli, artan yalnız Azərbaycan əhalisinin sayı deyil. Ölkənin həm daxili gücü, iqtisadiyyatı, həm beynəlxalq nüfuzu artır. Eyni zamanda Azərbaycan Ordusu gündən günə daha qüvvətli, daha qüdrətli olur. Bir gün bu şanlı ordu mütləq işğal altındakı bütün torpaqlarımızı, o cümlədən Ağdabanı, Kəlbəcəri geri qaytaracaq. Bu gün həmin kəndin işğalından, Ağdabanda törədilən faciədən 27 il keçir. Bu tarixlə əlaqədar Gəncədə kəlbəcərli məcburi köçkünlər üçün salınan qəsəbədə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidə kompleksinə yürüş olub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib. Abidə üzərinə tər çiçəklər düzülüb. Keçirilən anım tədbirində Ağdaban faciəsinin erməni təcavüzünün qanlı səhifələrindən biri olduğu vurğulanıb. Ağdabanın işğalı nəticəsində 130 evdən ibarət kənd tamamilə yandırılıb, 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Çıxışlarda ermənilərin törətdikləri bu vəhşiliyə görə cinayət işinin açılmalı və dünya ictimayyətinin buna hüquqi qiymət verməli olduğu diqqətə çatdırılıb. Ağdabanlılar tez bir zamanda işğal altındakı torpaqlarımızın azad oluncağına inanırlar. Tədbirdə Ağdaban faciəsinə həsr olunan film nümayiş etdirilib.

Murad Qurbanov - Ağdaban sakini: 27 il bundan qabaq ermənilər Ağdaban kəndinə hücum edib Ağdaban kəndində vəhşicəsinə soyqırım törətmişdi. Torpaqlarımızı işğaldan azad edəcəyik, biz öz doğma yurdlarımızda gedib yenidən öz həyatımızı davam etdirəcəyik.

Yaşar Mamedov - Ağdaban sakini: İnanıram ki, bu faciəni törədənlər öz layiqli cəzalarını nə vaxtsa alacaqlar. Bizim düşmən tapdağı altında olan torpaqlarımızda geri qayıdacaq.

 

Elnur Vahidoğlu