• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1634
— 08.04.2019 12:14

Şahmatçılarımız növbəti turda da sülh bağladılar

KepezTV Player

Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla üz-üzə gəlib. Hər iki şahmatçımız görüşlərini heç-heçə ilə başa vurub. Hazırkı dünya çempionu norveçli Maqnus Karlsen Niderland təmsilçisi Aniş Qrini məğlub edib. David Navara - Sergey Karyakinlə, Vişvanatan Anand - Alekandr Qrişukla sülh bağlayıb. Bu turun ardından Maqnus Karlsen 5 xalla turnir cədvəlinə liderlik edir. Sergey Karyakin 4,5 xalla ikinci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3.5 xalla 3-8-ci yerləri bölüşdürürlər. Şəhriyar Məmmədyarov 2,5 xalla 9-cu, Aniş Qri isə 2 xalla 10-cu sıradadır. Finişə yaxınlaşan yarışda bu gün 8-ci turun oyunları baş tutacaq. İti zəka sahiblərimizdən Teymur Rəcəbov ağ fiqurlarla hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla,  Şəhriyar Məmmədyarov isə qara fiqurlarla son pillədəki Aniş Qri ilə üz-üzə gələcək. Turun mərkəzi görüşündə isə rusiyalı Sergey Karyakinlə norveçli dünya çempionu Maqnus Karlsen qarşılaşacaq. Karlsen qələbə qazansa, sona bir tur qalmış dördüncü dəfə turnirin qalibi adını qazanacaq. Digər görüşlərdə Veselin Topalov– Dinq Lirenin, Alekandr Qrişuk – David Navaranın zəkasını yoxlayacaq.