• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1918
— 08.04.2019 15:33

Murad Süleymanov sabah mübarizəyə başlayır

KepezTV Player

Bu gün Rumıniyada güləşçilərin Avropa çempionatında start verilib. İlk yarış günündə sərbəst üsulla güləşən pəhləvanlar mübarizəyə qoşulub. Buxarestə yollanan heyətdə Gəncə idmançısı Murad Süleymanov da yer alıb.

Sərbəst güləşçilər arasında yarışan Süleymanov sabah xalça üzərinə çıxacaq. O, 86 kq çəki dərəcəsində qitə çempionatının mükafatını qazanmağa çalışacaq. Son iki ildə mütamadi olaraq böyüklərdən ibarət yığma komandaya dəvət alan Murad Süleymanov Gəncə güləş məktəbinin layiqli davamçılarından sayılır. O, gənclər və 23 yaşadək güləşçilər arasında dünya və Avropa birinciliklərinin dəfərlərlə mükafatçısı olub. Millinin məşqçiləri son dövrlər Süleymanova kişilər arasında da bir sıra nüfuzlu yarışlarda yarışmaq imkanı yaradıblar. Murad özünü ən yaxşı tərəfdən göstərək Dünya Kubokunda və İranda keçirilən beynəlxalq turnirdə bürünc medala sahib olub. Gəncəli pəhləvanın medal kolleksiyasında  həmçinin 2017-ci ildə Serbiyada kişilər arasında keçirilən Avropa çempionatının gümüş medalı da var. Hazırlıq səviyyəsi və əvvəlki uğurları onun Rumıniyadan da  mükafatla dönəcəyinə ümid verir. Yeri gəlmişkən, Buxarest Süleymanov üçün düşərli məkandır. Belə ki, o, ötən il Rumıniya paytaxtında keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında bürünc mükafat qazanıb.

 

Azad Rəfi