"Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində Gəncə şəhərində 3 mindən artıq eldar şamı, kiparis və müxtəlif meyvə acağları paylanılıb. Vətəndaşlara tinglərin əkilməsi və onlara qulluq göstərilməsi qaydaları da mütəxəssislər tərəfindən izah edilib.
Sevda Hacıyeva - aksiya iştirakçısı: Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən aksiyanı bəyənirəm. Bu kompaniya insanları təbiəti sevəyə çağırır. Payızda da bu aksiyay qoşulmuşdum və buradan götürdüm ağacları həyətimdə əkdim.
Nübar Muradova - aksiya iştirakçısı: Mən özüm təsərrüfatla məşğul oluram baxmayaraq ki, yaxşım çoxdur. Təbiəti çox sevirəm və hər il demək olar ki,ağac əkirəm. Məndə bu aksiyaya qoşuldu. Əldə etdiyim ağacları aparıb həyətimdə əkəcək. Təşkilatçılara minətdaram.
Vüsal Əliyev - aksiya iştirakçısı: Bir Gəncəli olaraq şəhərimizin yaşıllaşdırılmasına və yaşıllıq zolaqlarını artırmasına öz töhvəmizi vermək istəyirik. Bunu üçün buradan apardığım ağaclara vaxtında qulluq edib, beçərəcəyəm. Çox gözəl təşəbbüsdür, bütün gəncləri bu kimi aksiyalara qoşulmağa dəvət edirəm.
Bu, Gəncədə “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən sayca ikinci aksiyadır. Bundan əvvəl əhaliyə 2 mindən çox eldar şamı, alma, armud, heyva və gavalı ağaclarının tingləri paylanılıb.
- Baxış: 306