• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 08.04.2019 10:02

NASA-nın Mars vertolyotu ilk uçuşunu müvəffəqiyyətlə tamamladı

Məlum olduğu kimi NASA uzun zamandır ki, Mars planetinin səthində və orbitində işlər görərək bu planeti kəşf etməyə çalışır. Marsa səyahətlər, koloniya qurma kimi istəklər və insan oğlunun dünyadan başqa bir planetdə də həyat sürmək istəməsi kimi səbəblər nəzərə alaraq NASA bu prosesi sürətləndirmək istəyir. Mövcud kəşf vasitələrinin yavaş olması səbəbiylə hərəkətə keçən NASA, Marsda sürətlə hərəkət edə biləcək bir vertolyot istehsal edib. Bu vertolyot sayəsində daha sürətli kəşflər etmək mümkün olacaq. Yanvar ayının sonunda ortaya çıxan məlumatlarda istehsal edilən bu yüngül helikopterin ilk uçuşlarda uğurlu olduğu müşahidə olundu. Həmçinin "Marsda istifadəyə uyğundur" sertifikatı alması da an məsələsidir. Aparılan araşdırmalar nəticəsində Mars temperaturunun təxminən mənfi 90 selsi dərəcə olduğu və yer cazibəsinə nisbətdə xeyli aşağı olduğu (dünyadakı 100 kq kütlə Marsda 38 kq çəkiyə malikdir) bilinir.

Qrup, bu şəraiti JPL kosmos simulyatorunda təmin etdi. Mars yerin cazibə qüvvəsini yaratmaq adına vertolyotun üstünə motorlu bir kəndir bağladı. 75 dəqiqədən daha çox uçuş testi edən qrup, hər hansı bir problemlə qarşılaşmadı. 2021-ci il fevral ayından əvvəl vertolyotun sertifikat alması, MARS 2020 adlı kosmos vasitəsilə birlikdə Marsa göndərilməsi və bir neçə ay sonra işinə başlaması planlaşdırılır.