• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1176
— 06.04.2019 12:39

Qanunsuz şəkildə psixotrop dərmanlar satan Ağdaş sakini saxlanılıb

KepezTV Player

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin, eləcə də güclü təsiredici xüsusiyyətə malik dərman preparatlarının qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları şübhəli şəxs qismində şəhər sakini 38 yaşlı Alim Quliyevi saxlayıb. Onun başqa bir şəxsə psixotrop tərkibli 2 ədəd “Tramadol” həbini satmaq istədiyi müəyyən olunub. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Baxış zamanı oradan 12,26 qram qurudulmuş marixuana, 360 ədəd “ Tramadol” və 12 ədəd “Pregabalin” adlı güclü təsiredici xüsusiyyətə malik dərmanlar aşkar edilərək götürülüb.