• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1072
— 05.04.2019 16:02

Mühafizə polisi oğurluğun qarşısını aldı

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlər, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi günün istənilən saatı etibarlı şəkildə qorunur. Bunu sübut edən növbəti iki hadisə Abşeron rayonu ərazisində qeydə alınıb. Novxanı qəsəbəsində yerləşən, Xalıq İbrahimova məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinə “həyəcan” siqnalı daxil olub. Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Xırdalan şəhərində yerləşən xüsusi vasitələrlə qorunan marketlərdən birindən də oğurluğun qarşısını alıblar. Həmin obyektdən gələn həyəcan siqnalı polislər tərəfindən yoxlanılan zaman oradan oğurluğa cəhd göstərən Bakı şəhər sakini Ağamövsüm Cavadov saxlanılıb. Bu şəxs də ərazi üzrə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Qeyd edilən hər iki faktla bağlı araşdırmalar davam etdirilir.