• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2376
— 05.04.2019 16:13

100-dən çox fermerə 60 tona yaxın gübrə satılıb

KepezTV Player

Samuxlu fermerlər mövsüm öncəsi əldə edəcəkləri gübrələrlə əlavə vaxt və xərclərdən azad olublar. Təsərrüfat sahibləri onlayın sənədləşəmə aparıldıqdan sonra, posterimanl vasitəsilə ödəniş edib gübrə alıblar.

Kərim Əliyev - fermer: 50 hektar torpaqğım var. Ərazidə müxtəlif dənli bitgilərin əkib beçərilməsini aparıram. Əvvələr gübrənin alınması bizim üçün çox çətinlik yaradırdı.Aqrolizinq Qarayeri qəsəbimizə gətirib, bizə gübrələri güzəştli şərtlərlə veririlər. Bizi əlavə xərclərdən sığortlayıbılar sağ olsunlar.

Nazirə Hüseynova - təsərrüfat sahibi: Əkin sahəm var, orada əsasən taxıl və günəbaxan əkirəm. Sahəyə gübrə verilən ərəfədə çox vaxt əziyyət çəkirdik alıb gətirənə kimi.

Fayəddin Məmmədov - fermer: Evimizin içində bizə gübrələri paylayırlar biz fermerlərdə bundan bəhrələnirik. Taxıla səpməyin gübrənin əsl vaxtıdır. Səyyar satış məntəqsidə əsl vaxtında gəlib. İndi alıb aparıb sahəyə səpəcəyik mineral gübrələri. Ümid edirəm ki, yaxşıda nəticə əldə edəcəyik.

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə ediblər. Səyyar satış zamanı ümumlikdə Qarayeri qəsəbəsində müraciət edən 50-dən artıq fermerlə 20 ton gübrənin satışı həyata keçirilib.

Aytəkin Məmmədova - "Aqrolizinq" ASC-nin PR üzrə baş mütəxəssisi: Bu gün 19-cu səyyar satışımız təşkil olunur rayonlar üzrə. Səyyar satışımız fevral ayından başlanılıbdır. Samux rayonunda dünən Poylu kəndində, bu gün Qarayeri qəsəbəsində fəaliyyətimizi davam etdirirk. Poylu kəndində 50-dən çox vətəndaşa 34 ton azot gübrəis, 5 ton itroammafoska gübrəsi satılıbdır. Qarayeri qəsəbəsinə 20 ton gübrə gətirilib, vətəndaşların müraciətləri çoxluq təşkil edərəsə, əlavə gübrə gətiriləcəkdir.

Amonium nitrat gübrəsinin aran bölgəsində səyyar satışı yekunlaşdırdan sonra proses dağətəyi zonalarda davam etdirəcək.