
2019-cu ilin dekabrda BMW X3 krossoverinin xDrive30e adlı hibridli modifikasiyası istehsal olunmağa başlayacaq. Maşın elektriklə 50 kilometr qət edə bilir. Sərfiyyatı isə 100 kilometrə 2,4 litrdir. Tam ötürücülü xDrive belə bir offroudun istənilən hibrid rejimində aktivdir. Hibrid güc sistemi 2 litrlik benzin turbomotor və bir elektromotordan ibarətdir. Ümumi at gücü isə 252-dir. Yüksək sürət zamanı qısa müddətə at gücünü 41 vahid artırmaq mümkündür. xDrive30e ilk “yüzü” 6,5 saniyəyə yığır. Litium-ion batareyası daha çox yerə qənaət etmək üçün arxa oturacaqların altına quraşdırılıb. Nəticədə baqaj yerində 450 litr yük qoymaq imkanı yaranıb.
- Baxış: 533