KepezTV Player
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılara subsidiyaların verilməsindən sonra bal istehsalında artım müşahidə olunur. Azərbaycan Arıçılar Assosiasiyasından verilən məlumata görə, cari il üçün bal istehsalını 5000 tona çatdırmaq planlaşdırılır ki, bu da ötən ilin göstəricisindən 66,7 faiz çoxdur. Ötən il ölkədə 3000 ton bal istehsal olunub. Həmçinin xaricdə bal bazarının öyrənilməsi üçün müxtəlif xarici ölkələrlə -BƏƏ, Çin və Yaponiya kimi ölkələrin şirkətləri ilə danışıqlar aparılır. Əsas məqsəd xarici rəqiblərdən (Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə, İran) asılılığı azaltmaqdır.
- Baxış: 795