• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 04.04.2019 12:24

Şəhidlər yad edilib

KepezTV Player

Qələbəsi  ilə Azərbaycan tarixinə düşən, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan əsgər Orxan Əliyevin doğulub boya-başa çatdığı Qazaxın Aslanbəyli kəndində anım tədbiri keçirilib.Rayon rəhbərliyi və Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşlarının, eləcə də millət vəkillərinin və ictimaiyyət nümayədələrinin iştirak etdiyi anım tədbirində şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzülüb, əziz xatirəsi yad edilib. Çıxış edənlər şəhidin şücaətindən söz açıblar. Bildirilib ki, xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçənləri unuducaq. 7 Milli Qəhrəmanı və bütün şəhidləri ilə qürur hissi keçirən qazaxlılar bundan sonra da Vətənin müdafiəsinə hər an hazır olduqlarını vurğulayıblar. Tədbirdə məktəblilər Aprel döyüşlərinə, şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər səsləndiriblər. Orxan Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq kompleksi inşa edilib. Tədbir iştirakçıları martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin Füzuli rayonu istiqamətində törətdikləri təxribatlar nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Əlləzovun da ailə üzvləri də görüşüb. Onların  qayğıları ilə maraqlanıblar.