• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 838
— 04.04.2019 12:28

90 yaşlı kişi maşını ticarət obyektinə çırpdı

KepezTV Player

Gəncədə qəza olub. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. "Ford" markalı maşın idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ticarət obyektinə çırpılıb. Zərbənin təsirindən sürücüsü Nürəddin Məmmədov olan avtomobil və obyektə ciddi ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın dəqiq səbəbləri təyin olunacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Fakt araşdırılır.