• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1360
— 03.04.2019 18:13

826 km-lik məsafədə yol yoldaşımız

KepezTV Player

Ta İsveçrədən yola çıxıb 4 min kilometrdən artıq məsafəni gələrək Azərbaycana çatan qatar artıq Bakının havasına alışır. Biri restoran olmaqla ümumilikdə 10 vaqondan ibarət olan qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək.

Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Qatarın ümumi sərnişin tutumu 246 yerlikdir. Bakıdan Qarsa 826 km uzunluğunda yol gedəcək sərnişinlərin təbii ki, qidalanması da nəzərə alınıb. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Sərnişinlərin bu qatarlardan tam istifadəsi isə bu ilə planlaşdırılır.