• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 03.04.2019 18:25

Pedaqoji təhsilsiz müəllimlər

KepezTV Player

“Azərbaycanda pedaqoji təhsili olmayanlar da ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb oluna bilərlər”. Bu qərar təhsil haqqında qanunda edilən dəyişikliklərdə əksini tapıb. Pedaqoji təhsili olmayanlar necə müəllim kimi işləyəcəklər? Fikirlər birmənalı deyil. Ətraflı növbəti sujetdə.

Təhsil haqqında qanuna edilən dəyişiklik təsdiq edilərsə, artıq  pedaqoji təhsili olmayan şəxslər də ümumtəhsil müəssisələrində dərs deyə biləcək. Bəs, bu yenilik təhsil sistemində özünü hansı formada biruzə verəcək? Təhsil eksperti Ənvər Abbasov deyir ki, əgər ehtiyac olarsa,  pedaqoji təhsili olmayanlar da tədris prosesinə cəlb edilə bilər, lakin bunun üçün müəyyən şərtlərə əməl olunmalıdır.

Yeni hazırlanan layihə ekspertlər tərəfindən müsbət qarşılansa da, pedaqoqlar bunu absurd hesab edirlər. Onların fikrincə pedaqoji təhsili olmayan şəxs müəllim ola bilməz.

Bu yerdə xarici təcrübədən də danışmaq lazımdır. Mütəxəssislərin sözlərinə görə, hələ ki, dünyanın heç bir ölkəsində belə bir təcrübə sınaqdan keçirilməyib. Xüsusi təhsil sistemi ilə fərqlənən Finlandiyada hətta bakalavr pilləsini bitirən ali təhsilli şəxsləri belə magistr mərhələsini keçməyibsə müəllim kimi təhsilə cəlb etmək qadağandır.