Bu ilin mart-aprel ayı üçün nəzərdə tutulan plana əsasən, qızılcaya qarşı təmizləyici-immunlaşdırma tədbirləri çərçivəsində 50 mindən çox insana peyvənd vurulub. Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, peyvəndə cəlb edilənlər 20-40 yaş arasında olan şəxslərdir. Ötən ilin dekabr və bu ilin yanvar, fevral ayı ilə müqayisədə martda Azərbaycanda qızılcaya yoluxma hallarında azalma qeydə alınıb. Yoluxma halları vaxtında aşkarlandığından indiyə qədər heç bir ağır fəsad baş verməyib.
- Baxış: 407