• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1342
— 03.04.2019 15:36

Dövlət xidmətlərinə əlçatanlıq təmin edilib

KepezTV Player

Göygöl sakinlərinin işi asanlaşıb. Çünki dövlət qurumlarına əlçatanlıqları təmin edilib. Qazancları isə istədiklərini vaxt itkisinə yol vermədən, rahat və məmnun şəkildə əldə etməkdir.

Vətəndaş məmnunluğunu təmin etmək üçün Səyyar Asan Xidmət yenidən Göygöldədir. Xidmətin avtobusu vasitəsilə rayon sakinləri aprelin 11-ə qədər 20-yə yaxın müxtəlif xidmətlərdən yararlanmaq imkanı əldə edib. Xidmətin göstərildiyi bir həftə ərzində 300-dən çox vətəndaş müraciəti qeydə alınıb. Təxminən 100-dən çox müraciət şəxsiyyət vəsiqələrinin alınması və dəyişidirilməsi ilə əlaqədar olub. 96 vətəndaşa ədliyyə nazirliyinin müvafiq xidmətləri göstərilib. Müraciətlərin 49-u isə ümumvətədaş pasportlarının alınması ilə bağlı edilib.

Firdovsi Cənnətov - sakin: Qazağıstandandan qeydiyyatdan çıxdım və Azərbaycana düşdüm, burdanda vətəndaşlıq aldım. Sürücülük vəsiqəmidə oradan almışam. İndi dəyişdiriməyə gəlmişəm, sağolsunlar dəyişdilər. Çox gözəl xidmət elədilər, razıyıq, məmmunuq.

Bəxtiyar Quliyev - sakin: Əvvələr Gəncə şəhərinə gedirdik sənədləşməynən bağlı. Səyyar ASAN indi rayonumuza gəlib, sağolsunlar işimiz çox asanlaşdırdılar. Nə qədər zaman, vaxt gedirdi sənədləşmə işlərini aparılması üçün. Xidmətdləridə çox yaxşıdır.

Səyyar Asan Xidmət vasitəsilə dövlət rüsumlarının qəbulu, qan qrupu üzrə arayışlar, bank, tibbi, tərcümə xidmətləri və digər funksional yardımçı xidmətlər göstərilir.

Mehrac Cabbarlı - "ASAN Xidmət"in qrup rəhbəri: Səyyar şəkildə göstərilən xidmətlər, 4 dövlət orqanı tərəfindən təqdim olunur. bunlar Daxili İşlər nazirliyi, Ədliyyə nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyi yanında Dövlət sosial Müdafiə fondudur. Qeyd etmək istəyərdim ki, səyyar xidmətlərin göstərilməsi əsas məqsəd, vətəndaşlar üçün dövlət xidmətlərini əlçatanlığıın təmin edilməsi, vətəndaşların rahatlığını, əlavə xərcələrini azaltmaq və ən əsası da vətəndaş məmmunluğuna nail olmaqdır.

Göygöl rayon icra hakimiyyətinin yaxınlığda lövbər salan ASAN-nın avtobusunda göstərilən xidmətlər qonşi rayonların sakinləri üçün də əlçatandır.