• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1108
— 03.04.2019 15:06

Yük avtomobili ilə minik maşını toqquşdu

KepezTV Player

Şamaxının Avtovağzal dairəsi adlanan ərazisində qəza qeydə alınıb. Şamaxı şəhər sakini İlkin İsmayılovun idarə etdiyi yük avtomobili dairədə hərəkətdə olan minik maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 45 yaşlı Şamaxı Rayon Göylər kənd sakini Səyyad Bayramov ağır bədən xəsarətləri alıb. O, Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır. Qəzanın səbəbi araşdırılır.