Hadisə bu gün axşam saatlarında Gəncəçayının Xaravayeri adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, çayın vadisində çaydaşlarını yığaraq satan Göygöl rayonunun Hacıməlik kənd sakini, 51 yaşlı İlham İsgəndərov iş görən zaman torpaq sürüşməsinin altında qalıb. İş yoldaşları İlham İsgəndərovu torpağın altından çıxarmağa çalışsalarda o bir neçə dəqiqiə havasız qaldığından dünyasını dəyişib. Meyit ekspertiza olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyini Gəncə şəhər şöbəsində müayinə olundiqdan sonra ailəsinə təhvil verilib. Faktla bağlı Gəncə şəhər Prokuroroluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.
Xaliq Qurbanlı
- Baxış: 914