• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 02.04.2019 16:12

Kəlbəcərsiz 26 il

KepezTV Player

Kəlbəcərin işğalının 26-cı il dönümü ilə əlaqədar Gəncədə kəlbəcərli məcburi köçkünlər üçün salınan qəsəbədə şəhidlərin abidə kompleksinə yürüş keçirilib. Yürüş iştirakçıları rayonun işğalı zamanı şəhid olan 500-dən çox həmyerlilərinin xatirəsini anıblar. Kəlbəcərin işğalını özündə əks etdirən sənədlər, kitablar, fotoşəkillərlə tanışlıqdan sonra "Kəlbəcər təbiətin möcüzəsidir" adlı film nümayiş etdirilib. Tədbirdə 26 il öncə ermənilərin Kəlbəcərlilərin başına gətirdikləri müsibətlərdən,isanlığa sığmayan vəhşilikdən danışılıb. Azərbaycanın ərazicə ən böyük rayonlarından olan Kəlbəcərin strateji əhəmiyyəti vurğulanıb, düşmənə sonacan müqavimət göstərildiyi dilə gətirilib. Aprelin 2-də rayonun işğalı ilə Dağlıq qarabağın Ermənistanla birbaşa quru əlaqəsi yaranıb. Anım tədbirində Kəlbəcər rayon məktəbliləri vətənə, torpağa aid şerlər söylədilər, hazırlanan ədəbi bədii kopmazisiyada işğaldan azad edilən Kəlbəcərə qayıdış əksini tapırdı.

Ramiz Əliyev Kəlbəcər Rayon Veteranlar Təşkilatının sədri:Kəlbəcər rayonun erməni qəsbkarları tərəfindən işğalından 26 il keçir. 500-ə qədər şəhid vermişik Allah o şəhidlərin ruhunu şad eləsin. Bizimdə veteranlar kimi ürəyimiz istəyir ki, orada qərib qalan şəhid ruhlarına sarı gedək. Döyüş yoldaşlarımızı itirmişik, torpaqlarımızı itirmişik. İnşallah ali baş komandanın bir əmri ilə öz torpaqlarımız işğaldan azad edərik

Novruz Çıraqov sakin:Bir dəqiqədə olsa Kəlbəcər bizim yadımızdan çıxmır. Ora bizim əzizlərimizin, doğmalarımızın uyuduğu vətənimizdi. Biz mütləq Kəlbəcərə qayıtmalıyıq. Bizdə böyük inam hissi yaradır ki, öz torpaqlarımıza qaydacağıq. İnanırıq ki, Cocuq Mərcanlı bir neçə günün içərisində Azərbaycan ordusunun apardığı böyük bir qələbə Kəlbəcərdə də olacaqdı.

Elnur Vahidoğlu