• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 02.04.2019 12:36

Gənclərə vətənpərvər olmaq aşılanıb

KepezTV Player

Gəncədə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Qəhrəmənlarımızı Tanıyaq və Tanıdaq təbliğat” kampaniyası çərçivəsində gənclərlə görüş keçirilib. İki ildir davamlı olaraq təşkil olunan təbliğat kampaniyasının məqsədi gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, onlara vətən, torpaq, bayraq sevgisini aşılamaq, tarixi və müasir Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda şücayət göstərərək canından keçən və bu yolda sağlamlığını itirən qəhrəmanlarımızı daha yaxından tanıtmaqdır. Gəncə ilə yanaşı təbliğat kampaniyası Lənkəran, Cəlilabad, Biləsuvar, Qax və Şəki şəhərlərində təşkil olunub.

Əli Məmmədov Gənclər və İdman Nazirliyinin sektor müdiri: Vətənpərvərlik tərbiyyəsini gənclərdə yüksəldmək, təbii ki, bu gün ki dövürdə xüsusəndə torpaqlarımızın işğal altında olduğu bir vaxta, çox vacib və əhəmiyyətli tədbirlərdən biridi. Düşünürük ki, bu tədbirlər davam etdirilməlidir. Və gənclər bu tədbirlərə qoşulmaqla milli mədəni irsimizə olan sədaqətini, hörmətini, milli atrebutlarımıza, eyni zamanda silahlı qüvvələrimizin rəşadətli fəaliyyətini dəstəkləməsi kimi qiymətləndiririk. Təbii ki, hər bir gənc vətənin müdafiəsinə hazır olmalıdı və qəhrəmanlarımızın keçdiyi bu şərəfli yoldan nümunə götürməlidir.

Əhliyyət Mehdiyev Qarabağ qazisi:Gəncədə gənclərlə görüşümüz çox yüksək əhval ruhiyyədə oldu. Biz şanlı aprel döyüşlərində eləcə də bu günki günə qədər olmuş döyüş əməliyyatlarından, bizim qəhrəman şəhidlərdən, döyüş yollarından gənclərimizə nümunə gətirdik. Bu gün belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti var. Biz gənclərlə söhbətdə bildirdik ki, biz qazilər ali baş komandanın ətrafında sıx birləşmişik. Və hər birimiz ali baş komandının verəcəyi döyüş əmrinə hazır olmalıyıq.