• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1328
— 02.04.2019 10:24

NVIDIA Omniverse platformasını təqdim etdi

GTC 2019 konferensiyasında NVİDİA real zamanda qrafika üzərində birgə işləmək üçün olan Omniverse adlı platformanı təqdim edib. Platforma dizaynerlərə və tərtibatçılara live rejimdə onların Autodesk Maya, Adobe Photoshop və Unreal Engine kimi iş mühitlərini birləşdirən "portallar" təqdim edir. Omniverse-dən istifadə edərək komandanın hər bir üzvü kəsintisiz olaraq digər üzvlərin etdikləri dəyişiklikləri görə bilir. Modellər, animasiyalar, vizual effektlər və render barədə məlumat toplamaq üçün platforma Pixar Universal Scene Description açıq texnologiyasından istifadə edir. Bundan savayı o, NVİDİA tərəfindən təqdim olunan obyektlərin materialları barədə məlumat mübadiləsi üçün istifadə olunan Material Definition Language dilini də dəstəkləyir.