• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 02.04.2019 10:14

Hispano Suiza 1020 at güclü elektrikli hiperkarı ilə geri döndü

İspaniyanın Hispano Suiza Cars şirkəti Cenevrədə elektriklə işləyən Carmen hiperkarını sərgiləyib. Onun xarici görünüşü 1930-cu illərdə Hispano Suiza Dubonnet Xenia avtomobilinə uyğunlaşdırılıb. Avtomobilə “İspano-Syuzi”nin yaradıcılarından birinin nəvəsinin – Karmen Mateunun adı verilib. Hispano Suiza Carmen mexaniki yolla karbon monokok materialından hazırlanıb. Onun iki elektromotorunun ümumi gücü 750 kilovatta bərabərdir. Bu da 1020 at gücü deməkdir. Carmen ilk “yüzü” 3 saniyədən də tez yığır. Maksimal sürət isə 250 km/saatı ötmür. Elektrikli qrand-turerin 80 kilovatt-saat həcmli batareyası maşına bir dəfəyə 400 kilometr məsafə qət etməyə imkan verir. Salonda dəri, ağac, alüminium və alkantardan işləmələr nəzərə çarpır. Elektrokarın salonu alıcının istədiyi parfümlə ətirlənə bilər. Ön paneldə İsveçrə mexanizmli saatlar və 10 düymlük ekranı olan mediakompleks quraşdırılıb. Hispano Suiza Carmendən cəmi 19 ədəd buraxılacaq. Qiyməti isə 1,5 milyon avrodur.