• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2344
— 01.04.2019 15:48

Uşaq ədəbiyyatına maraq niyə azdır?

KepezTV Player

Əfsuslar olsun ki, bu gün azyaşlılar nağıla deyil, internetə, sosial şəbəkələrə meyl edirlər. Mütəxəssislər isə bildirirlər ki, mütaliə vərdişi insanlarda uşaqlıqdan formalaşdırılmalıdır. Çünki məhz kitab azyaşlıların sosial baxımdan inkişafında önəmli rol oynayır. Lakin mütaliəni mütləq edəcək səbəb tək bu deyil. Ətraflı əməkdaşımız Nazənin Zaman araşdırıb. İzləyək...

Əksəriyyət nədənsə belə fikirləşir ki, indi uşaqlarda mütaliəyə maraq elə də çox deyil. Kimi bunu texnologiyanın inkişafı ilə bağlayır, kimi də valideynləri, müəllimləri günahlandırır. Bəs, görəsən əslində vəziyyət necədir?

Sözsüz ki, azyaşlıların formalaşmasında onlar üçün yazılan əsərlər, uşaq ədəbiyyatı mühüm rol oynayır. Savadlı nəslin yetişməsi elə balacalıqdan oxumaq vərdişinin yaranması ilə başlayır. Hazırda əksər kitab mağazalarında dünya uşaq ədəbiyyatı nümunələrini görmək olur. Bəs, görəsən həmin nümunələr arasında seçim edərkən nəyə diqqət etməliyik?

Uşaq ədəbiyyatı nümunələri kifayət qədər əlçatan olsa da, balacalara onları təbliğ etmək, mütaliəni sevdirmək də əsas öhdəlikdir.

Pedaqoqların maraqlı bir fikri var: nağıllara inamın öldüyü gün uşaqların inkişafı dayanacaq. İndi bir çox valideynlər övladlarının daha nağıllara inanmadığını deyirlər. Bəlkə bu elə həyəcan təbilidir. Bu inamı yaşatmaq üçün uşaq ədəbiyyatının nəşrini gücləndirmək və mütaliə vərdişini uşaqlara aşılamaq lazımdır. Kitab oxumaq vərdişi ilk növbədə ailədə qazanılır. Bu səbəbdən valideynlər özləri də kitab oxuyaraq övladlarına əsl örnək ola bilərlər.