• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 01.04.2019 12:41

Birincilər müsahibədən keçir

KepezTV Player

Bu gündən başlayaraq rus bölməsi üzrə 1-ci sinfə gedəcək uşaqların məktəbə qəbulu üçün müsabiqənin ilk mərhələsinə strat verilib. Ötən ay qeydiyyatdan keçən 525 azyaşlı, ayın 20-nə kimi aparılacaq müsabiqənin 1-ci mərhələsində iştirak etməklə, nitq qabiliyyətindən məqbul nəticə göstərmək şərti ilə növbəti, avqustda keçiriləcək 2-ci mərhələyə qatılmaq imkanı qazanacaq. 2-ci mərhələdə də uğur qazanan şagirdin valideyininə sms vasitəsi ilə istədikləri məktəb və sinif seçmə imkanı qazandıqları barədə məlimat verilir. Müsabiqədə iştirak yalnız rus bölməsi üzrə hazırlıq qruplarında oxumayanlar üçün nəzərdə tutulur. 2019-2020-ci tədris ili üçün Gəncədə 3 mindən çox birincinin məktəbə gedəcəyi planlaşdırılır.

Yasin Məmmədov - Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı: Uşaq özü və ailəsi haqqında məlumat verməlidi, onun dinləmə anlama qabiliyyəti yoxlanılır. Ümumilikdə uşağın rus dilində nitqinin, anlayışının eşitdiyinə normal cavab verməyi, məntiqi düşüncəsi yoxlanılır.