• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1548
— 01.04.2019 15:15

“İmtahana buraxılış vərəqəsi”ni əldə etmək olar

KepezTV Player

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi aprelin 7-də keçiriləcək. Dövlət İmtahan Mərkəzinin açıqlamasında imtahana buraxılış vərəqəsini çap etmək üçün www.e-gov.az səhifəsinə daxil olmağın gərəkdiyi deyilir. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.