Dövlət imtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəsissələrinə qəbul olmaq istəyən, eləcə də mərkəz tərəfindən keçiriən 9-cu sinif şagirləri üçün keçirilmiş buraxılış imtahanlarında üzürlü səbəbdən iştirak etməyən və eksterinant qaydada qeydiyyatdan keçən abituriyentlər və şagirdlər üçün buraxılış imtahanı həyata keçirilib. Qərb regionu üzrə Gəncə şəhərində iki binada təşkil olunan imtahanda 1098 şagirdə buraxılış vərəqəsi təqdim olunub. İmtahana saat 11-də başlayıb və tədris dili, riyaziyyat və xarici dil fənnləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib. Şagirdlər 3 saat müddətində biliklərini sınaqdan keçiriblər. İmtahanların idarə olunması üçün 52 imtahan rəhbəri, 621 nəzarətçi-müəllim ayrılıb. İmtahan zamanı heç bir neqativ hal yaşanmayıb.
- Baxış: 290