• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 959
— 01.04.2019 10:02

Polestar markası Tesla Model 3-ə rəqib hazırladı

Polestar markası özünün ikinci sərbəst hərəkət edə bilən modelini göstərib: elektrikli fastbek Polestar 2. Onu 39 900 avrodan başlayan qiymətlərlə almaq olar. Yenilik Tesla Model 3-lə rəqabət aparacaq. İlk bazar ilində fastbek yalnız 59 900 avroluq Launch Edition versiyasında təklif olunacaq. Polestar 2 brendin ilk kütləvi satılacaq modelidir. Maşın ümumi 300 kilovattlıq gücə malik motorlarla təchiz olunub. Elektrokar yüzü 5 saniyədən də az yığır. Bir dəfəyə enerji yükləməklə 500 kilometrədək yol qət etmək mümkündür. Avtomobilin təchizatında bir çox Google servislərini dəstəkləyən 11 düymlük ekranlı Androidlə işləyən multimedia sisteminə, rəqəmsal alətlərlər paneli, pikselli LED faralar və panoram dama rast gəlinir. Polestar 2 Performance paketi ilə Öhlins amortizatorları, Brembo əyləci, özəl 20 düymlük təkərlər, təhlükəsizlik kəmərləri və qızılı rəngdə tormoz supportları qazanıb. Phone-as-Key texnologiyası fastbekə smartfonla giriş etməyə imkan verir. Virtual açarı dost-tanışa ötürmək olar. Bu yolla konserj xidmətlərdən, məsələn çatdırmaları birbaşa maşına gətirmək imkanından yararlanmaq mümkündür.