• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 30.03.2019 20:40

Sərhəd döyüş məntəqələrində yoxlama

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Elçin Quliyev xidməti ərazidə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılması, hərbi hissələrdə və bilavasitə təmas xəttində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi istiqamətində görülən işlərin gücləndirilməsi barədə tapşırıqlar verib.Səfər çərçivəsində Dövlət Sərhəd Xidmərinin rəisi və digər vəzifəli şəxslər martın 26-da Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzuli rayonu istiqamətində şəhid olan Yuxarı Salahlı kənd sakini Əlləz Əlləzovun yas mərasimində iştirak edib, qəhrəman əsgərin valideynlərinə başsağlığı veriblər.