• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1635
— 30.03.2019 20:36

Bu gün Şəmkir-2019 beynəlxalq superturnirinin açılış mərasimi keçirilib

KepezTV Player

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi yarışda FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq. 6-cı dəfə təşkil olunacaq turnir 9 turdan ibarətdi.  Superturnirə aprelin 9-da yekun vurulacaq. Xatırladaq ki, 2014, 2015 və 2018-ci illərdə yarışın qalibi dünya çempionu norveçli Maqnus Karlsen olub. 2016 və 2017-ci illərdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.