• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 30.03.2019 20:32

Gəncə-2019 Avropa İdman Şəhəri adı altında müxtəlif idman növləri üzrə yarışların keçirilməsinə start verilib

KepezTV Player

Silsilə yarışlar çərçivəsində badminton və sərbəst güləş üzrə birincilik təşkil edilib. 39 nömrəli tam orta məktəbdə baş tutan yarışda badmintonçular bir araya gəliblər. Novruz bayramına həsr olunan və şəhər məktəbləri arasında reallaşan birincilikdə 2006-2009-cu il təvəllüdlü badmintonçular qüvvəsini sınayıb. Həm qız, həm də oğlanların mübarizəsində 70-dən çox raketka ustası iştirak edib. Bahar bayramına həsr olunan sərbəst güləş üzrə yarış isə Gəncə Olimpiya İdman Kompleksində keçirilib. Birincilikdə 140-a yaxın pəhləvan 11 çəkidə bacarığını göstərib. Nizami yurdunda fəaliyyət göstərən idman məktəbləri və cəmiyyətlərinin üzvlərinin qatıldığı yarışda 2004-2005-ci il təvəllüdlü güləşçilər xalça üzərinə çıxıb.  Birincilik zona yarışına seçim xarakterli olub.

Orxan Cəfərzadə