• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 30.03.2019 20:30

Soyqırım qurbanları anıldı

KepezTV Player

31 mart - Azərbaycanlıların Soyqırımı Goranboy rayonunda da anılıb. Rayon ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət edilib, önünə gül dəstələri qoyulublar. Anım tədbirində mənfur qonşularımız tərəfindən əsrlər boyu Azərbaycan xalqının başına gətirilən müsibətlər xatırlanıb. Ötən əsrin əvvələrində ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində törədilən qətliamlar bəşəriyyət tarixində görünməyən cinayətlər kimi xarakterizə olunub. Tədbir rayon mədəniyyət işçilərinin təqdimatında 1918-ci il soyqırımını əks etdirən ədəbi-bədii kompozisiyanın nümayişi ilə yekunlaşıb.