• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1233
— 30.03.2019 12:39

İstedadlı balacalar üçün yeni dərnəklər açılacaq

KepezTV Player

Şagirdlərin əsl vətəndaş kimi formalaşdırılmasında onların maarifləndirilməsi ilə yanaşı, asudə vaxtlarının səmərəli təşkili və istedadlarının üzə çıxarılaraq inkişaf etdirilməsi də böyük əhəmiyyətə malikdir. Elə bu məqsəddən irəli gələrək Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində gələn tədris ilində yeni dərnəklərin açılması planlaşdırılır. Mərkəzə incəsənətin müxtəlif sahələrini öyrənmək istəyi ilə müraciət edən şagirdlərin sayı ilbəil artır.
 

Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi 2017-ci ilədək Uşaq Yaradıcılıq Mərkəzi kimi fəaliyyət göstərib. Şəhərdə fəaliyyət göstərən 4 məktəbdənkənar müəssisənin birləşdirilməsiylə isə həm fəaliyyət dairəsini genişləndirib, həm də kollektiv üzvlərinin sayı artıb. Hazırda mərkəzin əsas vəzifəsi uşaq, yeniyetmə və gənclərin yaradıcılıq qabilliyətinin inkişafı üçün şərait yaratmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir. Burada fəaliyyətdə olan 24 adda müxtəlif istiqamətli dərnəklərdə 1300-dən çox uşaq öz istedadını, qabiliyyətini inkişaf etdirir.

Selcan Ağazadə - şagird: Mən burada çoxlu mənzərə, novruz, şəkilləri çəkmişəm.Bizim düzəltdiyimiz bu əl işi də 8 marta aiddir. Mən bunu anama hədiyyə etmişəm. Biz daha sonra səbətdə düzəltdik. Mənim bu dərnəyə çox böyük həvəsim var.

Ceyhun Nağıyev - şagird: Bacarıq əllərə mənim həvəsim çox olduğuna görə mən dərsdən sonra bura gəlirəm, boş vaxtlarımı burada keçirirəm.

Nüşabə Quliyeva - valideyn: Mənim nəvəm sentyabr ayından bura dərnəyə gəlir. Çox razıyam, çox gözəl öyrədirlər. Uşaq çox həvəslənir.

Mərkəzdə qeydiyyata alınan şagirdlər istedadları müəllimlər tərəfindən yoxlanıldıqdan sonra bacarıqlarına uyğun dərnəklərə yönəldilirlər.

Turanə Əsədova - müəllimə: Məktəb yaşlı uşaqların ayrı-ayrı qruplar şəklində təşkil olunaraq burada müəyyən dərnəklərə də yönləndiririk. Bəzən məktəbdən müəllimlər göndərirlər pisxoloq olaraq bizə yönləndirdikdən sonra biz özümüzdə uşaqları yönləndiririk. Uşaqlar var ki, rəng qavramasında ləngimələr var onları rənggarlığa və yaxudda rəssamlığa, əl qabiliyyəti yüksək olan uşaqları toxuculuğa yönləndiririk.

Bu tədris ilində Uşaq-Gənclər İnkişaf Mərkəzinə müraciətlərin çoxu rəqs, bacarıqlı əllər, rəsm, həyati bacarıqlar dərnəklərinə edilib. Gələn tədris ilində tələbata uyğun olaraq yeni dərnəklərin yaradılması da nəzərdə tutulur.

Sevinc Ələkbərova - Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru: Bazamız çoxdu, bazamız zngindi. Valideynlərin arzusuna uyğun istənilən dərnəyi burada təşkil edə bilərik. Bizim rəqsimiz milli rəqsdir. İstəyirik ki, burada dünya xalqlarının rəqslərini də burada formalaşdıraq. Eyni zamanda müasir rəqslərə müraciət edək. Çünki valideynlər artıq bununla bağlı müraciət edirlər. Bu sahədə işlərimizi daha da genişləndirmək istəyirik. Bizə gənclərdə müraciət edir. Böyük məmnuniyyətlə gənclərlə, gənclər təşkilatı ilə öz faəliyyətimizi davam etdiririk.

Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində şagirdlərə məşğələlərin keçilməsi üçün hər cür şərait yaradılıb. Bunun nəticəsidir ki, burada faəliyyət göstərən "Azərin" rəqs qrupu, eləcə də istedadlı uşaqların əl işləri respublika müsabiqələrində, xaricdə keçirilən festivallarda yüksək yerlərə layiq görülüb. Hazırda kollektiv növbəti xarici festivala hazırlaşır.

Sevinc Ələkbərova - Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru: Yaxın günlərdə aprel ayının 20-24 arası Türkiyənin Çanaqqala şəhərində 23 Nissan Cocuq festivalında iştirak edəcəyik. Hazırda bizim məşqlərimiz gedir, həmin festival üçün hazırlaşırıq. İnanırıq ki, bundan əvvəlki festivallar kimi layiqincə Azərbaycanımızı təmsil edəcəyik.

Mərkəzə 6-17 yaş arası uşaqlar qəbul olunur və onlara həftənin hər günü məşğələlər keçilir.

 

Elnur Vahidoğlu