• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 30.03.2019 14:25

Baytar həkimlər üçün təlim

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində fermerlərə təlimlər davam edir və növbəti təlim regionun baytar həkimləri üçün olub. Baytarlıq elmləri doktoru, professor Hacı Hacıyevin 100 illik yubileyi ərəfəsində keçirilən təlimdə “Heyvandarlığın inkişaf prespektivləri, mövcud problemlər və qarşıda duran vəzifələr” müzakirə edilib, ən aktual məsələlərin həlli yollar göstərilib. “Epizootiyalar və baytarlıq təbabəti qarşısında duran vəzifələr”, “Heyvandarlıq məhsullarının müasir qiymətləndirmə üsulları və qida təhlükəsizliyi”, “İri və xırda buynuzlu heyvanlarda ən çox təsadüf olunan həzm sistemi xəstəlikləri”, “Balanslaşdırılmış yemləndirmənin məhsuldarlığa təsiri” barədə məruzələr edilib, sözügedən məsələlərə elmi izahlar verilib. Daşkəsən, Goranboy, Göygöl, Samux, Kəlbəcər və digər regionlardan olan və 40-dan artıq baytar həkimin iştirak etdiyi təlimdə qaldırılan bütün suallar universitetin alimləri tərəfindən cavablandırılıb, heyvandarlığın dinamik inkişafı üçün tövsiyyələr söylənilib.