• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1418
— 30.03.2019 12:42

"İkinci dərəcəli" fənlərin tədrisi nə dərəcədə vacibdir?

KepezTV Player

Ümumtəhsil məktəblərində tədris olunan fənlərin bəzilərini biz “ikinci dərəcəli fənlər” hesab edirik və onlara yanaşmamız da məhz bu baxımdan fərqli olur. İlk baxışdan az əhəmiyyətli görünən həmin dərslərin tədrisi əslində şagirdlər üçün olduqca vacibdir. Söhbət,musiqi, rəsm, əmək təlimi, idman kimi xüsusi qabiliyyət, bacarıq tələb edən fənlərdən gedir. Bununla belə, bəzi ümumtəhsil məktəblərində sözügedən dərslərin vaxtaşırı digər fənlərlə əvəzləndiyini eşidirik. Bəs görəsən, bu cür laqeyd münasibət nə ilə əlaqədardır?