• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 30.03.2019 12:38

"Bölgələrdən bölgələrə” festivalı davam edir

KepezTV Player

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağstafa rayonu olub. Əsl mədəniyyət bayramına çevrilən festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə yaxından tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradıb. Layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycanın zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikanın regionları arasında mübadilənin gücləndirilməsidir. 16 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş çadırlarda bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid əl işləri və suvenirlər sərgilənib. Bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər. Mədəniyyət Nazirliyi tərəfindən növbəti festivalın Kürdəmir rayonunda təşkili planlaşdırılır.

Sərxan Rəsulzadə sakin: Ağstafa sakiniyəm hal-hazırda Qazax Dövlət Sosial Kollecində təhsil alıram. Bilirdim  ki burada bu gün belə bir festival olacaq. Çox maraqlı olduğu üçün gəldim. Digər rayonlardan gələn qonaqların  əsərləri diqqətimi cəlb etdi. Xüsusi ilə də rəsm əsərlər.

Nigar Hacıyeva festival iştirakçısı: Bölgələrdən-bölgələrə yaradıcılıq festivalında iştirak üçün buradayıq. Şəmkir Regional Mədəniyyət İdarəsini təmsil edirik. İdarəmizi 4 rayon əhatə edir. Şəmkir Göygöl Gədəbəy və Daşkəsən rayonlarının sə nətkarlqı nümunəlirini nümayiş etdiririk. Çoxlu sayda baxmaq üçün gələnlər var.