Gəncədə "Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda silsilə maarifləndirci tədbirlərdən növbətisi Kəpəz rayon polis idarəsinin rəhbərliyi tərəfindən 25 nömrəli məktəbdə təşkil olunub. İdarə rəisi, polis polkovnik-leytenantı Vüqar Xəlilov narkotik vasitələrin insan orqanizminə mənfi təsirlərindən danışıb, yeniyetmə və gəncləri bu tip vərdişlərdən uzaq olmağa çağırıb. Vurğulanıb ki, Rayon Polis İdarəsi tərəfindən geridə qalan illər ərzində xeyli sayda narkotik vasitənin satışının və saxlanılmasının qarşısı alınıb, külli miqdarda narkotik vasitələr müsadirə olunaraq məhv edilib.Narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvü də fəal rol oynamalıdır.Çıxışlarda “ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılmasının və bu sahədə təhsil müəssisələri, kitabxanalar, idman təşkilatları, eləcə də ictimaiyyətin rolunun böyük olduğu qeyd edilib. Polis rəisi şagirdləri maraqlandıran sualları cavablandırıb.
- Baxış: 615