• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1471
— 29.03.2019 14:36

Qərb derbisində "Kəpəz" sevindi

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 20-ci tura start verilib. Turun maraqla gözlənilən qarşılaşması Tovuzda baş tutub.

Qərb derbisində “Turan Tovuz” “Kəpəz”lə üz-üzə gəlib. Autsayderlər sırasında qonşu olan tərəflərin oyunu maraqlı mübarizəyə səhnə olub. Görüşə ev sahibi qismində yaxşı başlayan tovuzlular erkən qolla hesabı açıblar. 12-ci dəqiqədə İbrahim Qədiyevin zərbəsi qapıçı üçün əlçatmaz olub. Amma Turan bu üstünlüyünü sonadək qoruya bilməyib. Səfər oyununa gələn gəncəli azarkeşlərin də dəstəyindən ilhamlanan “Kəpəz” 30-cu dəqiqədə hesabı bərabərləşdirib. Sarı-göylərin kapitanı Əli Səmədov sol cinahdan qurulan hücumu məntiqi sonluqla tamamlayıb. İkinci yarıda qələbə qazanmaq üçün rəqib qapısına yüklənən qonaqlar istəklərinə görüşün əsas vaxtına artırılan sonuncu əlavə dəqiqədə çatıblar. Səmədov dubl edərək “Kəpəz”in 1:2 hesablı qələbəsinin memarı olub.

Bu qələbəylə Gəncədə ilk dövrədə aldığı məğlubiyyətin əvəzini çıxan “Kəpəz” həm də turnir cədvəlində rəqibini qabaqlayıb. Etibar İbrahimov yetirmələri 18 xalla 11-ci pillədə qərarlaşıblar.