• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1416
— 29.03.2019 15:58

Dəyişkən havanın orqanizmə təsiri

KepezTV Player

Havaların dəyişkən keçməsi, xüsusən də yazın ilıq havası insanların gündəlik geyim seçiminə təsir göstərir. Lakin yaz havasına aldanıb vaxtından tez yüngül geyimə keçmək bəzən səhətimiz üçün ağır nəticələnir. Ne etməliyik ki, özümüzü xəstələnməkdən qoruyaq.

Söhbət yaz və payız aylarında daha çox yoluxduğumuz qrip və soyuqdəymədən gedir. Hava damcı yolu ilə yayılan xəstəliyə daha çox uşaqlar və yaşlı insanlar tez yoluxur. Buna səbəb isə hər iki orqanizmin müqavimət gücünün zəif olmasıdır. Bunun baş verməməsi üçün sözügedən fəsillərdə həm uşaqların, həm də yaşlıların geyim və qidalanmalarına xüsusi diqqət yetirmək lazımdır.

Ünbül Dadaşova - həkim: Uşağın qidalanmasına düzgün nəzarət olunmalıdır. Çünki uşaq yaxşı qidalanmalıdır ki, tam vitaminli, kaloril, tərkibində bol minerallar olan qidalardan istifadə etməlidirlər. Bundan başqa yaz-payız mövsümündə uşaqlara vitamin terapeyası olunmalıdır ki, uşaqların immun sistemi güclənsin.

Qışdan çıxan və vitamin baxımından nisbətən zəif olan orqanizimi xəstəlikdən qorumaq çətin olsa da, bundan qorxmaq lazım deyil. Yetər ki, səhətinizdə yaranan problemlərin həllinə siz yox, həkim qərar versin. Bəzən xəstələr ev şəraitində özlərini müalicə etməyə çalışırlar, həkim təyinatı olmadan antibiotiklərdən istifadə edirlər. Mütəxəsislər bunu yolverilməz hesab edirlər.

Ünbül Dadaşova - həkim: Valideynlər çalışırlar ki, özləri evlərində yardım göstərsinlər. Lakin bu heç bir mənada doğru deyil. Mütləq bütün işlər həkim nəzarəti və müayinəsi altında aparılmalıdı. Qızdırmanı salmaq üçün antibiotikdən istifadə edirlər, və uşaqlar ağırlaşmış formada həkimə gəlirlər. Belə vəziyyətdə gətirilən uşaqları vəziyyətdən çıxarmaq həkimlər üçün çətin olur.

Qrip və boğazağrısı kimi xəstəliklərlə mübarizədə gündəlik gigyenaya əməl olunması da olduqca vacib hesab edilir. Həmçinin təmiz havada çox vaxt keçirmək, eləcə də iş və yaşayış yerində otaqların tez-tez havalandırılması məqsədə uyğundur.