• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1421
— 29.03.2019 12:16

Gəncədə mədəniyyət işçilərinin regional müşavirəsi keçirilib

KepezTV Player

Gəncədə ölkə prezidentinin fərmanından irəli gələn vəzifələr mədəniyyət işçilərinə izah olunub. Beynəlxalq təcrübə əsasında müəssisələrin idarə olunması, müasir və innovativ idarəçilik metodlarının bölgələrdə tətbiqi keçirilən müşavirənin qayəsini təşkil edib. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin  Fərmanından irəli gələn məsələlərin müzakirə edildiyi toplantıda qarşıda duran vəzifələrdən də danışılıb.

Ölkə prezidentinin bu ilin yanvar ayında Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətini təkminləşdirəcək. Fərmanın icrası müasir innovativ əsaslarla yeni sistenin formalaşmasına imkan yaradacaq. Gəncədə təşkil edilən regional müşavirədə Mədəniyyət nazirinin müavini Rafiq Bayramov bu barədə danışıb.  

Rafiq Bayramov - mədəniyyət nazirinin müavini: Yəni bizim istədiyimiz odur ki cənab prezidentin tapşrığı ilə mədəniyyət sahəsində şəffaflıq olsun. Müasir yanaşmalar tətbiq olunsun. Şəbkə yenidən yeni innovasiyalarla təmin olunsun. Ona görə biz müzakirələr aparırıq. Nazirlikdə də işçi qrupları yaradılıb. Bu gün məqsədimiz əsasən rayonlarda işləyən insanların region idarələrinin fikirlərini öyrənmək və müəyən izahat işləri aparmaqdır.

Müşavirədə yerlərdə mədəniyyət müəssisələrinin mövcud vəziyyəti və fəaliyyəti məsələsinə də toxunulub. Mədəniyyət evlərinin və kitabxanaların  fəaliyyətlərinin günün tələblərinə uyğun şəkildə qurulmasının vacibliyi vurğulanıb. Bəzi mədəniyyət müəssisələrinin ləğv edilməsi məsələsindən də danışlıb. Nazir müavini bununla bağlı yekun qərarın verilmədiyini vurğulayıb.

Rafiq Bayramov - mədəniyyət nazirinin müavini: Yəni hal-hazırda heç bir mədəniyyət məüssisəsi heç bir kitbaxana ləğv olunmayıb. Amma təbii ki qarşıd aqoyulan tapşırığın yerinə yetirilməsi üçün sənədlər hazırlanır. Təhlillər aparılıb və altı ayın sonunda yeni şəbəkənin qurulması və təkminləşdirilməsi ilə bağlı tam mənzərə  bəlli olacaq.

Toplantı qarşılıqlı diskusiya şəklində davam etdirilib. Mədəniyyət işçiləri fərmanın icrası ilə əlaqədər təkliflərlə çıxış edib.

 

Natiq Hüseyn