• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 29.03.2019 12:02

Mənşəyi məlum olmayan 534 kq ət aşkar olundu

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ağdaş rayonu Ləki kəndi ərazisində Şirin Kərimliyə məxsus avtomobildə satış üçün Bakıya gətirilən külli miqdarda istehlaka yararsız ət aşkarlayıblar. Nəqliyyat vasitəsinə baxış zamanı yük yerində 3 baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkar edilib. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik görüntülərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Ümumi çəkisi 534 kq olan ətin insan sağlamlığı üçün təhlükəli, ölmüş heyvanlara məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb. Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.