• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2290
— 29.03.2019 10:03

Yeni Lamborghini Huracán Evo damından məhrum oldu

Adına Evo əlavə olunan Lamborghini Huracán, Spyder versiyasında təqdim olunub. İkiqapılının arxa təkərləri dönə bilir və çəkmə vektorluğu isə bütün təkərlərin üzərinə düşür. Huracán Performante-dən atmosfer V10 motoru qazanan maşın elektrohidravlik ötürücülü yumşaq damı ilə fərqlənir. Onu maksimum 50 km/saat sürət zamanı 17 saniyəyə açmaq və ya bağlamaq olar. Rodsterin kapotunun hava qəbulediciləri var. Belədə maşının üstü açıq olan zaman hava müqaviməti aşağı düşür. Huracán Evo Spyder-lə eyni vaxtda modelin 4 qatlı Verde Selvans adlı yaşıl rənglə boyadılmış kuzov versiyası da debüt edib. Kupenin salonu dəri və alkantardan işləmələrlə bəzədilib. Burada bir neçə staylinq paket və firmalı Carbon Forged Composite-dən dekorativ panellər də gözə çarpır. Lamborghini Huracán Evo Spyder 5,2 litrlik mühərriklə hərəkətə gəlir. 640 at gücü ilə superkar “yüzü” 3.1 saniyəyə yığır. Maksimal sürətsə 325 km/saatdır. Tam ötürücülü rodster 7 pilləli robotlaşdırılmış sürət qutusuna malikdir. Huracán Evo Spyder-in Avropada ilk partiyası yaxın zamanlarda peyda olacaq. Qiymət isə 202 437 avrodur.