• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 29.03.2019 10:02

Ken Blok Meksika şəhərlərinin birində baqqi ilə necə drift etdi?

Ken Blok Meksikanın Quanahuato şəhərinin küçələrində baqqi ilə drift edib. Maraqlı görüntülər YouTube-da paylaşılıb. Gediş üçün amerikalı yarış sürücüsü Can-Am Maverick X3 XRS adlı baqqidən istifadə eləyib. 218 at güclü mühərrikə sahib baqqi ilə drift Cimxana idman növünün 9-cu epizodunun çəkildiyi məkanda baş tutub. Dekabrda görüntüləri peyda olan həmin Cimxanada Ken Blok bu küçələri Ford Focus RS RX ilə fəth etmişdi. Meksika ilə yanaşı maraqlı idman növünün epizodları İsveç, eləcə də Detroyt, Los-Anceles və Texasın Şamrok şəhərində çəkilib.