• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 28.03.2019 16:36

DTX-nin yaradılmasının 100 illiyi qeyd olunub

KepezTV Player

Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ilə bağlı qərb bölgəsində silsilə tədbirlər təşkil olunub. Yubiley münasibətilə Dövlət Təhlükəsizlik Xidmətinin yerli şöbələrində çalışan bir qrup əməkdaşı mükafatlandırılıb. 

Şəmkirdə Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 100 illiyi münasibətiilə xidmətin rayon şöbəsinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Xidmət əməkdaşlarının milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətdən danışılıb, tarixin şərəfli səhifələri vərəqlənib, vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna rolu vurğulanıb. Ulu Öndərin şərəfli məktəbinin davamçıları bu gün də xidməti vəzifələrini uğurla yerinə yetirir.

Tovuzda da yubiley tədbirinin iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin liderliyi ilə təkmilləşən Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb. Müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə əsaslanan sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycanın dövlətçilik ənənələrini daha da inkişaf etdirdiyi önə çəkilib. Sonda xidmətin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi ilə bağlı Qazaxda keçirilən tədbir də ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlıolduğu xatırladılıb, xidmətdə çalışanların milliləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyəti vurğulanıb. Müstəqilliyinin daha da möhkəmləndirilməsində mühüm rolundan danışılıb. Sonda xidmətin bir qrup əməkdaşı fəxri fərmanla təltif edilib.  

Natiq Hüseyn