• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1226
— 28.03.2019 12:33

Yeni artezian quyuları qazılır

KepezTV Player

Göygöldə suvarılmanı yaxşılaşdırmaq məqsədilə dövlət başçısının sərəncamına uyğun olaraq 7 subarteziyan quyusunun qazılması aparılır. Bu da rayon ərazisində 100 hektardan çox əkin sahəsinin suvarılmasını yaxşılaşdırcaq. Bununla yanaşı əkin sahələrinin yazlıq suvarılması işləri də görülür. Rayonda taxıl sahələrinin suvarılmasını təmin etmək üçün Suvarma Sistemləri İdarəsi balansında olan 50 subarteziyan quyusunu tam işlək vəziyyətə gətirib. Qurum bununla yanaşı rayon ərazisindən keçən çayların da suyundan fermer təsərrüfatlarının yararlanması üçün müvafiq işlər görüb.

İlqar Məhərrəmov Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi:“Göygöl Suvarma Sistemləri İdarəsi 15 min 210 hektar sahənin suvarılmasını təmin edir. Bu ərazilərin suvarılması üçün əsasən dağ çayları Kürəkçay, Qoşqarçay və Gəncəçayından istifadə olunur. Eyni zamanda Şəmkirçay su anbarından əldə olunan suda 4 min hektarın suvarılması aparılır”.