• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2321
— 27.03.2019 18:20

Bayram günlərində dəmir yolu ilə hər gün əlavə 1000-ə yaxın sərnişin daşınıb

KepezTV Player

Novruz bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilib.19-26 mart tarixlərində dəmir yolu ilə 24880 sərnişin daşınıb. 22423 nəfər ölkə daxilində hərəkət edən, 2457 nəfər isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb.Bayram günlərində hər gün əlavə 800-1000 nəfər sərnişin daşınıb.