• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2383
— 27.03.2019 20:04

“Elm günü” GDU-da qeyd olunub

KepezTV Player

Elm günü Gəncə Dövlət Universitetində də qeyd olunub. Yüksək ixtisaslı pedoqoji kadrlar hazırlayan təhsil ocağı əldə edilmiş nəticələrin hesabatını verib, elmi nailiyyətlərin sərgisi təşkil olunub. Universitetdə həyata keçirilən beynəlxalq konfranslardan bəhs edilib, son bir ildə çap olunan tədris vəsaitlərinin sayı diqqətə çatdırılıb. Vurğulanıb ki, elmi şuranın qərarına və rektorun müvafiq əmrinə əsasən elmi və metidoki fəaliyyəti stimullaşdırmaq məqsədilə xarici nəşrlərdə məqalələrin çıxması üçün universitetin büdcəsi hesabına həm alimlərə, həm də gənc araşırmaçılara müvafiq ödənişlər olunub. Xatırladaq ki, respublikanın qərb bölgəsində pedoqoji kadr hazirlayan ən boyuk universitet olan təhsil ocağının 6000 tələbəsi var.